Qazaxıstanlı jurnalist Gəncəyə atılan raketlər haqda: “O insanların şəklinə baxmaq...”

Qazaxıstanlı jurnalist Gəncəyə atılan raketlər haqda: “O insanların şəklinə baxmaq...”

Hazırda oxunan: Qazaxıstanlı jurnalist Gəncəyə atılan raketlər haqda: “O insanların şəklinə baxmaq...”

71669

“Qazaxıstan və Azərbaycan qardaş ölkələrdir. Bu gün Gəncədə raket hücumları nəticəsində zərər görən ərazilərə baş çəkdik. Biz bu hücumlardan məlumatlı idik, lakin yaxından görmək bizə çox pis təsir etdi. Hadisələri yaxından görüb, o insanların şəklinə baxmaq bizi sarsıtdı”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Gəncədə Ermənistanın günahsız mülki insanlara qarşı raket hücumları ilə törətdiyi cinayət yerlərinə baş çəkərkən KazTAQ agentliyinin əməkdaşı Aset Matayev deyib.

“İşğaldan azad edilmiş ərazilərin necə bərpa olunduğunu, o cümlədən qısa müddətdə tikilən Zəfər yolunu gördük.

Şuşa şəhərinin tarixi izlərinin bərpası, ümumiyyətlə, bütün quruculuq işləri sürətlə aparılır, sosial infrastruktur yaradılır. Aparılan bu işlərdə biz, həmçinin Azərbaycanda dövlət idarəçiliyinin səmərəli nəticələrini görürük,” - deyə qazaxıstanlı jurnalist bildirib (Azərtac).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO