Milli Qəhrəman Polad Həşimovun doğum günüdür

Milli Qəhrəman Polad Həşimovun doğum günüdür

Hazırda oxunan: Milli Qəhrəman Polad Həşimovun doğum günüdür

7161

Polad Həşimov 2 yanvar 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndində anadan olub.

Orta təhsilini Sumqayıt şəhərində aləb. Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib. Daha sonra təhsilini Türkiyədə davam etdirib.

Polad Həşimov 2003-cü ildə mayor qismində Prezident Heydər Əliyevin Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib. 2009-cu ildə isə o, artıq polkovnik-leytenant kimi "Vətən uğrunda" medalı alıb.
 


MÖVZU İLƏ BAĞLI:

Polad Həşimov yeni zirvədə - Özəl
 


O, 2016-cı ilin 2-4 aprelində cəbhə boyu baş verən döyüşlər zamanı Talış qəsəbəsi uğrunda gedən döyüşləri aparan 1-ci Ordu Korpusunun Qərargah rəisi olub və döyüş vaxtı yaralanıb. Aprel döyüşlərində göstərdiyi qəhrəmanlığa görə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə mükafatlandırılıb. 

2019-cu il iyunun 25-də Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilib.

General-mayor 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub. Bununla da, Polad Həşimov İsmət Qayıbov və Məhəmməd Əsədovdan sonra, 1988-ci ildən etibarən başlayan Qarabağ müharibəsində şəhid olan üçüncü Azərbaycan generalı olub.

İyulun 14-də general-mayorun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirildi. General iyulun 15-də II Fəxri Xiyabanda, polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olunub.

9 dekabr 2020-ci il tarixində Prezident İlham Əliyevin sərəncamı ilə ona “Milli Qəhrəman” adı verildi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO