Bəhram Bağırzadə: “Son dəqiqələrində anamın yanında ola bilmədim”

Bəhram Bağırzadə: “Son dəqiqələrində anamın yanında ola bilmədim”

Hazırda oxunan: Bəhram Bağırzadə: “Son dəqiqələrində anamın yanında ola bilmədim”

7154

“Bu gün anamı itirdim. Koronavirus daha bir həyat aldı. Ancaq inanıram ki, o, ən yaxşı dünyadadır, çünki anam çox ləyaqətli bir həyat sürdü və Uca Allahın qarşısında borcunu yerinə yetirdi - anam çox gözəl bir övlad, həyat yoldaşı, bacım və mənim üçün ən yaxşı ana idi və çox imanlı bir insan idi".

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə anasının vəfatı ilə bağlı sosial şəbəkədəki hesabında yazıb.

 

MÖVZU İLƏ BAĞLI:

Bəhram Bağırzadənin anası koronavirusdan vəfat etdi



''Təəssüf ki, son günlərində və dəqiqələrində mən onun yanında ola bilmədim, amma bilirəm ki, o, ağır vəziyyətinə və komada olmasına baxmayaraq, dünyəvi həyatının son anına qədər Allahdan bizim üçün, öz övladları üçün can sağlığı diləyirdi''...

''Gedərək virusdan aldığı bütün zərbəni öz üzərinə götürdü və mənim üçün, bacım və bütün yaxınlarım üçün həyat və sağlamlıq dilədi, çünki bu dünyada Ananın duasından güclü bir şey yoxdur''.

Allah rəhmət eləsin!

Özünüzü qoruyun, əziz dostlar, yaxınlarınızı qoruyun, onların həyatını qorumaq üçün mübarizə aparın...", - deyə Əməkdar artist əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO