Ardıcıl 3 sessiya ərzində ucuzlaşan neft, təxminən, 1% bahalaşıb.
Bizim.Media birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin iyul fyuçersləri 1,16% bahalaşaraq, 1 bareli 103,34 ABŞ dollarına satılıb.
WTI neftinin iyun fyuçerslərinin qiyməti isə 0,94% artaraq, 1 bareli 99,48 ABŞ dolları təşkil edib.
Ardıcıl bir neçə sessiya ərzində ucuzlaşmanı şərtləndirən əsas amil neftin ən böyük neft idxalçısı olan Çində koronavirusa yoluxmanın artması səbəbindən neftə olan tələbin azalma ehtimalıdır.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
09:48 / 26.04.2022
Neftin qiyməti bahalaşdı
Hazırda oxunan: Neftin qiyməti bahalaşdı
Hazırda oxunan: Neftin qiyməti bahalaşdı
71434
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.