Aprelin 25-i saat 12 radələrində Göygöl Rayon Mərkəzi Xəstəxanasından 15 nəfər şəxsin dəqiqləşdirilməmiş “qida zəhərlənməsi” diaqnozu ilə müraciət etməsi barədə Göygöl rayon prokurorluğuna məlumat daxil olub.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Göygöl rayon prokurorluğu yayıb.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, cüdo idman növü üzrə Azərbaycan çempionatına hazırlıq məqsədilə Göygöl Rayon Olimpiya İdman Kompleksində təşkil olunmuş təlim-məşq toplanışında iştirak edən müxtəlif bölgələrdən olan 15 nəfər gənc idmançı qeyd edilən tarixdə ürəkbulanma, hərarət və qusma əlamətləri ilə xəstəxanaya müraciət edib, həmin şəxslər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Zəhərlənmənin hansı səbəbdən baş verməsini müəyyən etmək məqsədilə müvafiq nümunələr götürülərək laborator müayinəsinə göndərilib.
Faktla bağlı Göygöl rayon prokurorluğunda araşdırma aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:33 / 26.04.2022
Azərbaycanda yarışa hazırlaşan 15 idmançı ZƏHƏRLƏNDİ
Hazırda oxunan: Azərbaycanda yarışa hazırlaşan 15 idmançı ZƏHƏRLƏNDİ
Hazırda oxunan: Azərbaycanda yarışa hazırlaşan 15 idmançı ZƏHƏRLƏNDİ
71429
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.