ABŞ Dövlət Katibi köməkçisinin müavini Azərbaycana gəlir

ABŞ Dövlət Katibi köməkçisinin müavini Azərbaycana gəlir

Hazırda oxunan: ABŞ Dövlət Katibi köməkçisinin müavini Azərbaycana gəlir

71344

ABŞ-ın Avropa və Avrasiya Məsələləri üzrə Dövlət Katibi köməkçisinin müavini Erika Olson Azərbaycana səfər edəcək.

Bu barədə Bizim.Media-ya ABŞ-ın Azərbaycandakı səfirliyindən bildirilib.

Məlumata görə, o, Azərbaycanda hökumət rəsmiləri ilə görüşlər keçirəcək, habelə aprelin 27 28-də Bakıda yer alan missiya rəhbərlərinin konfransına qatılacaq.

Həmin konfransda ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberqer, ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan, ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi, USAİD təşkilatının Administratorunun köməkçisinin müavini Mark Simakovski, ABŞ-ın Avropa və Avrasiya Yardım Məsələləri üzrə icraçı koordinatoru Qreq Naarden və Qafqaz Danışıqlarına dair baş məsləhətçi Endryu Şofer iştirak edəcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO