Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Latın Amerikasına səfəri çərçivəsində Uruqvaya gedib.
Bizim.Media türk mətbuatına istinadən xəbər verir ki, o, səfərinin bir hissəsi zamanı Montevideodakı Türkiyə səfirliyindən çıxarkən etirazla qarşılanıb.
Belə ki, bir qrup erməni etirazçı səfirliyin qarşısındakı parka toplaşaraq Türkiyə və Azərbaycan əleyhinə şüarlar səsləndirib.
Nazir Çavuşoğlu şüarlar səsləndirən etirazçılara avtomobilindən “Bozqurd” işarəsi göstərib.
Bizim.Media