Messinin komandası 10-cu dəfə Fransa çempionu oldu - VİDEO

Messinin komandası 10-cu dəfə Fransa çempionu oldu - VİDEO

Hazırda oxunan: Messinin komandası 10-cu dəfə Fransa çempionu oldu - VİDEO

71130

“Paris Sen-Jermen” öz meydanında Fransa çempionatının 34-cü turunda “Lans”la heç-heçə oynayıb (1:1). Yeganə topu argentinalı futbolçu Lionel Messi Neymarın ötürməsi ilə 68-ci dəqiqədə vurub. Rəqib isə 88-ci dəqiqədə (Corentin Jeann) tarazlığı bərpa edib.

Bizim.Media xəbər verir ki, bu heç-heçə sayəsində Paris klubu Liqa 1-də erkən titulunu təmin edib. Maurisio Poçettinonun yetirmələri 34 turdan sonra 78 xal toplayıb.

62 xalla ikinci pillədə "Marsel" klubu qərarlaşıb.

Parislilər tarixlərində onuncu dəfə Fransa çempionu olublar. Bu göstəriciyə görə klub “Sent-Etyen”ə çatıb. Liqa titullarından əlavə, klubun kolleksiyasına 14 Fransa Kuboku və doqquz Fransa Liqa Kuboku daxildir.

Qalan oyunlarda PSJ "Strasburq", "Trua", "Monpelye" və "Mets"lə qarşılaşacaq.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO