“Azərbaycan Prezidenti İlham Əliyev həmişə Ukraynanı dəstəkləyib və dəstəkləyir”.
Bizim.Media xəbər verir ki, bunu Kiyevdə keçirdiyi mətbuat konfransında "Baku TV"nin müxbirinin sualına cavab verərkən Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
"Bakı indiyədək Ukraynaya humanitar, tibbi yardımlar göndərib. Düşünürəm ki, silah baxımından Azərbaycanın Ukraynaya yardım etməsi çətindir. Bu, doğrudur. Bunu anlamaq mümkündür, çünki onların Qarabağ məsələsi var. Bu məsələ tarixi və mürəkkəbdir. Azərbaycan az ölkələrdəndir ki, biz onları başa düşürük”.
Bizim.Media