Göyçayda evdən külli miqdarda narkotik tapıldı - FOTO

Göyçayda evdən külli miqdarda narkotik tapıldı - FOTO

Hazırda oxunan: Göyçayda evdən külli miqdarda narkotik tapıldı - FOTO

71086

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində rayon ərazisində güclü təsiredici narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul Rüstəm Rüstəmov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, R.Rüstəmovdan şəxsi axtarış zamanı heroin aşkarlanıb.

MÖVZU İLƏ BAĞLI:

Sərhəddə külli miqdarda narkotik vasitə ələ keçdi - FOTO


Davam etdirilən tədbirlərlə onun yaşadığı ünvana da baxış keçirilib və oradan külli miqdarda, satış məqsədilə bükümlər şəklində qablaşdırdığı narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.

Saxlanılan şəxs barəsində polis şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Rüstəm Rüstəmov barəsində həbs qətimkan tədbiri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO