PSJ-dən Mbappeyə təklif - 50 milyonluq yeni müqavilə 

PSJ-dən Mbappeyə təklif - 50 milyonluq yeni müqavilə 

Hazırda oxunan: PSJ-dən Mbappeyə təklif - 50 milyonluq yeni müqavilə 

71022

Fransanın PSJ klubu futbolçusu Kilian Mbappeyə yeni müqavilə təklif edib.

Bizim.Media "Goal" nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı hücumçu 50 milyon avro maaşla Paris təmsilçisinin ən yüksək ödənişli oyunçusu ola bilər.

Mbappe hələlik gələcəyi ilə bağlı qərar verməyib və klubun təklifini nəzərdən keçirir.

PSJ həmçinin imic hüquqlarının hamısını forvarda verməyə razılaşıb, oyunçunu heyətinə qatmaq istəyən İspaniya "Real Madrid"i isə bunun yarısını təklif edir.

Qeyd edək ki, Kilian Mbappe cari mövsüm bütün turnirlərdə 41 oyuna çıxıb, 33 qol və 22 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO