“Qoçu” sürücü tanınmış aparıcının qarşısını kəsib üzərinə ŞIĞIDI - VİDEO

“Qoçu” sürücü tanınmış aparıcının qarşısını kəsib üzərinə ŞIĞIDI - VİDEO

Hazırda oxunan: “Qoçu” sürücü tanınmış aparıcının qarşısını kəsib üzərinə ŞIĞIDI - VİDEO

70797

Nərimanov metropoliteni yaxınlığında iki sürücü arasında mübahisə yaranıb. 

Bizim.Media xəbər verir ki, bu barədə tanınmış aparıcı Firəngiz Cəlilova “Facebook” hesabında videogörüntü paylaşıb.

Aparıcının bildirdiyinə görə üzü Nərimanova gedən zaman yeraltı keçiddən istifadə etdiyi üçün sürət həddini aşağı salıb.

Lakin gənc arxadan elə siqnallayıb ki, xanım sürücü təcili zolağı dəyişməli olub:

“Ola bilər fikirli olmuşam zolağı dəyişməyib yeraltı keçidə daxil olmuşam.  Amma bu imkan vermir ki, avtomobili yolun ortasında, qarşımda park edib üzərimə şığıyasan. Mənim yerimdə kişi xeylağı olsa idi, əlbəyaxaya çıxılacaqdı?! Bu cür "kişi" lərə görə qadınlar maşın sürə bilmir.

Biri tanış olmaq istəyir, digəri isə yol hərəkəti qaydalarını pozur”, - deyə xanım qeyd edib.

Görüntülərdən də belə məlum olur ki, 99 ER 722 dövlət nişanlı və mersedes markalı kişi sürücü qəfil qadın sürücünün qarşısını kəsir, avtomobilini yolun ortasında park edərək əsəbi halda xanımın üzərinə şığıyır. Xanım isə nəinki ona cavab verir, avtomobildən belə düşmür.

Videogörüntünü təqdim edirik:
 


Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO