Azərbaycan - Malayziya parlamentlərarası əməkdaşlıq məsələləri müzakirə edildi - FOTO

Azərbaycan - Malayziya parlamentlərarası əməkdaşlıq məsələləri müzakirə edildi - FOTO

Hazırda oxunan: Azərbaycan - Malayziya parlamentlərarası əməkdaşlıq məsələləri müzakirə edildi - FOTO

70764

Malayziya Parlamenti Senatının sədri Tan Sri Dato' Seri Utama Dr. Rais Yatim Azərbaycanın bu ölkədəki səfiri İrfan Davudov ilə iki dost ölkənin parlamentlərarası əməkdaşlıq məsələlərini müzakirə edib.

Bizim.Media xəbər verir ki, azərbaycanlı diplomat Milli Məclisinin sədri Sahibə Qafarova tərəfindən Malayziya Senatının sədrinə ünvanlanmış dəvət məktubundan bəhs edərək, Rais Yatimin yaxın gələcəkdə ölkəmizə səfərinin arzu olunduğunu diqqətə çatdırıb. 

Öz növbəsində Malayziya Senatının sədri dəvətə görə Milli Məclisin sədri Sahibə Qafarovaya təşəkkürünün çatdırılmasını xahiş edib və Azərbaycan xalqının tərəqqisinin və nailiyyətlərinin davamlı olmasını arzulayıb.
O, bu il üzrə iş cədvəlindəki imkanları nəzərə alaraq, Azərbaycana səfər etmək niyyətində olduğunu bildirib.

Görüşün sonunda səfir İ.Davudov Malayziya Senatında fəxri qonaqlar üçün ayrılmış xatirə kitabını imzalayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO