Avtomobildən 34 kq-dan çox narkotik tapıldı

Avtomobildən 34 kq-dan çox narkotik tapıldı

Hazırda oxunan: Avtomobildən 34 kq-dan çox narkotik tapıldı

70751

Masallıda avtomobildən külli miqdarda narkotik aşkarlanıb.

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin satışında şübhəli olan Ağcabədi rayon sakinləri Elçin və Elnur Məmmədovlar və Qubadlı rayon sakini P.Məhərrəmov saxlanılıblar. 

Əməliyyat zamanı P.Məhərrəmovun idarə etdiyi “Ford-Transit” markalı avtomobilə baxış keçirilib.

Bu zaman oradan ümumilikdə 34 kiloqram 715 qram narkotik vasitə və 600 ədəd təsiredici həb (17 kiloqram 650 qram heroin, 6 kiloqram 315 qram metamfetamin, 10 kiloqram 750 qram marixuana və 600 ədəd metadon həbi)  aşkar edilərək götürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO