"Yaxın zamanlarda Ağdam Cümə və Qiyaslı məscidlərinin bərpasına başlanılacaq".
Bizim.Media xəbər verir ki, bunu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli "Qarabağın və Şərqi Zəngəzurun Memarlıq İrsi. Bərpa, Qorunma və istifadə problemləri" adlı beynəlxalq elmi konfransda çıxışı zamanı deyib.
O bildirib ki, azad olunan ərazilərdə 706-sı dövlət qeydiyyatda olmaqla 2600-dən çox tarix mədəniyyət abidələri var:
"Şuşa qalası, Xüdafərin körpüləri, Gəncəsər, Xudavəng Monastrı, Qutlu Musa türbəsi, 1.5 milyon illik yaşı olan Azıx mağarası Qarabağ və Şərqi Zəngəzurda dünya əhəmiyyətli tarix mədəni abidələrdir. Onlardan bəziləri bərpa edilib. Bunlardan Üzeyir Hacıbəylinin heykəli, Mola Pənah Vaqifin büstü və məqbərəsi, Bülbülün ev muzeyi artıq bərpa edilib. Həmçinin Aşağ və Yuxarı Gövhər Ağa məscidləri, Saatlı məscidinin bərpası işləri davam etdirilir.
Yaxın zamanlarda Ağdam Cümə, Qiyaslı məscidinin bərpasına başlanılacaq. Paralel olaraq Üzərliktəpədə də arxeoloji işlər aparılır.
Bu işlər yekunlaşdıqdan sonra ərazidə infrastruktur layihələrinin icrası nəzərdə tutulur".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:29 / 21.04.2022
Azərbaycanda bu məscidlər bərpa olunacaq
Hazırda oxunan: Azərbaycanda bu məscidlər bərpa olunacaq
Hazırda oxunan: Azərbaycanda bu məscidlər bərpa olunacaq
70724
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.