"İçərişəhər" metrosunun yanında KÜTLƏVİ DAVA - Saxlanılanlar var

Hazırda oxunan: "İçərişəhər" metrosunun yanında KÜTLƏVİ DAVA - Saxlanılanlar var

70712

Bakıda quldurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, aprelin 19-da saat 20 radələrində metronun “İçəri şəhər” stansiyasının yaxınlığında bir qrup gənc Bakı şəhər sakinləri E.Bağırov və V.Xanlarovu döyərək, E.Bağırovun mobil telefonunu alıblar.

Bu barədə Səbail rayon Polis İdarəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri N.Hüseynli, A.Abbasov, Sabirabad rayon sakinləri A.Şirinov, C.Qasımov, Şəki rayon sakini F.Hüseynli müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı Səbail rayon Polis İdarəsində araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO