Ülviyyə Alovlu məhkəmədə

Ülviyyə Alovlu məhkəmədə "Bozbaş"a qalib gəldi - 8 MİN MANAT TƏZMİNAT ALACAQ

Hazırda oxunan: Ülviyyə Alovlu məhkəmədə "Bozbaş"a qalib gəldi - 8 MİN MANAT TƏZMİNAT ALACAQ

70663

Tanınmış jurnalist, şairə Ülviyyə Alovlu əqli mülkiyyət hüquqları pozulduğu üçün "Bozbaş Pikcers"i məhkəməyə verib.

Bizim.Media xəbər verir ki, bu barədə "AZ-MEDİA MÜZAKİRƏ" qruunda məlumat paylaşılıb. 

"Bozbaş Pikcers" kimi tanınan "İlkmedia"nın istehsalı olan "Axırıncı yol" filmində xalq artisti Röya Ayxanın ifa etdiyi "Röyayam" mahnısı icazəsiz səsləndirilib.

Belə ki, "Röyayam" mahnısının sözlərinin müəllifi Ülviyyə Alovlu kommersiya xarakterli filmdə mahnının icazəsiz səsləndirilməsi, müəllifin adının qeyd olunmamasına görə məhkəməyə müraciət edib.

Proses Ülviyyə Alovlunun xeyrinə başa çatıb və onun "İlkmedia" şirkətinə qarşı 8 min manat təzminat tələbi təmin edilib.

Ülviyyə Alovlu xəbəri təsdiq edib və bildirib ki, məhkəmənin təzminat kimi müəyyənləşdirdiyi məbləğin bir hissəsi ona ödənilsə də, digər hissəsinin ödənilməsi gecikdirilir: 

"Məhkəmənin qərarı ilə təzminat məbləğinin (8 min AZN) bir hissəsi ödənilib, digər hissəsi isə yanvar ayında ödənilməli olduğu halda hələ də ödəniş gecikdirilir. Bununla bağlı da icra şöbəsinə şikayət ünvanlanıb, nəticəsini gözləyirik".
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO