Azərbaycan boksçusu bürünc medal qazandı

Azərbaycan boksçusu bürünc medal qazandı

Hazırda oxunan: Azərbaycan boksçusu bürünc medal qazandı

70661

Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında keçirilən Avropa birinciliyində yarımfinal döyüşləri davam edir.

Bizim.Media xəbər verir ki, yığmamızın heyətində finala vəsiqə üçün Kənan Babayevin (48 kq) ardınca Amin Məmmədzadə (51 kq) də rinqə çıxıb.

1/8 finalda irlandiyalı, 1/4 finalda ermənistanlı rəqibinə qalib gələn Azərbaycan çempionu üçüncü qarşılaşmasında Gürcüstan idmançısı ilə üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə yekunlaşıb.
Nəticədə Məmmədzadə Avropa birinciliyini bürünc medalla başa vurub.

Qeyd edək ki, yarışda final görüşləri aprelin 21-də baş tutacaq. Kənan Babayev çempionluq döyüşündə polşalı Nikolas Marsel Pavliklə qarşılaşacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO