Hava durumu kəskin pisləşəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ EDİLDİ

Hava durumu kəskin pisləşəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ EDİLDİ

Hazırda oxunan: Hava durumu kəskin pisləşəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ EDİLDİ

70653

Əvvəlcədən xəbər verildiyi kimi, aprel ayının 20-si axşam saatlarından başlayaraq 21-i gündüzədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

“Şamaxı və Göygöldə yerləşən dopleradar məlumatlarına əsasən respublikanın şimal və qərb rayonlarında yağıntıların intensiz olması nəticəsində bəzi dağ çaylarından qısa müddətli daşqın və sel keçməsi ehtimal edilir.
Yaxın saatlarda şimal küləyinin sürəti saniyədə 25-30, gecə saatlarında isə 33 metrədək güclənəcək. Respublikanın bəzi rayonlarında isə güclü külək müşahidə olunacaq”, - U.Tağıyeva qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO