Bundan sonra AFFA-da əsas işləri o görəcək - FOTO

Bundan sonra AFFA-da əsas işləri o görəcək - FOTO

Hazırda oxunan: Bundan sonra AFFA-da əsas işləri o görəcək - FOTO

70641

Elxan Məmmədovun AFFA-nın icraçı vitse-prezidentliyindən ayrılmasından sonra milli assosiasiyada işləri baş katib Sərxan Hacıyev həyata keçirəcək.

Bizim.Media xəbər verir ki, S.Hacıyev uzun illər E.Məmmədovun köməkçisi olub. Bu il mayın 17-də o, AFFA-nın baş katibi vəzifəsinə gətirilib.

Xatırladaq ki, E.Məmmədov FİFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru vəzifəsinə təyin olunub. O, mayın 1-dən yeni vəzifəsini icrasına başlayacaq.

Bu səbəbdən Elxan Məmmədov AFFA-nın icraçı vitse-prezidenti vəzifəsindən ayrılacaq.

O, fəaliyyətini İcraiyyə Komitəsinin üzvü və ictimai əsaslarla vitse-prezident olaraq davam etdirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO