Umayra Tağıyeva:

Umayra Tağıyeva: "Ermənistan bu çayı bilərəkdən çirkləndirməyə davam edir" - FOTO

Hazırda oxunan: Umayra Tağıyeva: "Ermənistan bu çayı bilərəkdən çirkləndirməyə davam edir" - FOTO

70452

"Ermmənistan Oxçuçay çayının ərzisini ölü əraziyə çevirib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti bu günədək Oxçuçayda 58 monitorinq keçirib. Lakin nəticə dəyişməyib".  

Bizim.Media-nın Qarabağ bürosu xəbər verir ki, nazirlik tərəfindən Oxçuçay üzərində mütəmadi analizlər aparılıb. Analizlər çayın 3 müxtəlif istiqamətindən götürülüb.

Ekologiyavə Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeologiya Xidmətinin rəisi Umayra Tağıyevanın sözlərinə görə, sunü nümuələri üzərindən 150-dən çox, dib çöküntülərindən isə 180-dən çox nümunə götürülüb.
 

MÖVZU İLƏ BAĞLI:

Qarabağdakı 4 çayın çirklənmə prosesi onlayn izləniləcək 


Həmin nümunələr əsasında fiziki-kimyəvi analizlər aparılıb. Məlum olub ki, çayda çirklənmə normadan 5-7 dəfə çoxdur:

"Təəssüflər olsun ki, çirkələnmələr bugün də davam edir. Çayda ağırmetallar və digər çirkləndirici metalların çəkisi hazırda 5, 5-7 dəfəçoxdur". 

Milli Hidrometeologiya Xidmətinin rəisi onu da qeyd edib ki, monitorinqlərin nəticələrinin hamısı beynəlxalq təşkilatlara göndərilib: 

“Beynəlxalq qurumlar Oxçuçayın ermənilər tərəfindən çirkləndirilməsinə kəskin reaksiya verməlidir. Ermənilər mütəmadi olaraq Oxçuçayı ağırmetallarla çirkləndirir. Çayda ən çox çirklənmə halları yay və qış aylarında, sululuq aşağı düşdüyü vaxtlarda müəyyən edilib. Oxçuçayda çirkləndirici maddələrin yüksək qatılıqları əsasən yuxarı axında, Ermənistanla sərhədə yaxın seçilmiş nöqtədə müəyyən edilib. Orta illik nəticələrə əsasən, yuxarı axında (Bürünlü kəndi) ammonium 3.4 dəfə, manqan 3.1 dəfə, dəmir 1.5 dəfə, nikel 5.5 dəfə, kadmium 3.4 dəfə, molibden 1.9 dəfə normadan çox olub.”

Qeyd edək ki, Arazın sol qolu olan Oxçuçay Ermənistanın Qafan rayonu, Azərbaycanın isə Zəngilan rayonu ərazisindən keçir. Uzunluğu 85 km-dək olan çay Başlanğıcını Zəngəzur silsiləsindən, dənizsəviyyəsindən 3285 metr yüksəklikdə olan Qapıcıq dağından götürür.

Oxçuçay Ermənistan ərazisində kəskin çirklənməyə məruz qalan çaylardan biridir. Ermənistan dövləti çayı Qafan və Qacaran dağ-mədən sənayesinin tullantıları ilə hədsiz dərəcədə çirkləndirib. 
Oxçuçayın təbii və saf suyu həddindən artıq zəhərlənmə səbəbindən çayda heç bir canlı yaşamır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO