Mayda 13 gün iş olmayacaq

Mayda 13 gün iş olmayacaq

Hazırda oxunan: Mayda 13 gün iş olmayacaq

70441

May ayında bayramlarla əlaqədar 6 gün qeyri-iş günü olacaq.

Bizim.Media xəbər verir ki, Nazirlər Kabinetinin “2022-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 1 dekabr 2021-ci il tarixli qərarına əsasən, mayın 2, 3-ü Ramazan bayramı müəyyən edilib.

Bundan başqa, 9 May - Faşizm üzərində Qələbə Günü və 28 May Müstəqillik Günü iş günü hesab edilməyən bayram günləridir. 

Bu il 28 may həftənin şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 30 may qeyri-iş günü olacaq. Beləliklə, ardıcıl 3 gün iş olmayacaq.
Beləliklə, may ayında həftəsonları ilə birlikdə 13 gün iş olmayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO