Qubadakı ailə dramının DETALLARI - Ər keçmiş arvadını və özünü bu səbəbdən öldürüb

Qubadakı ailə dramının DETALLARI - Ər keçmiş arvadını və özünü bu səbəbdən öldürüb

Hazırda oxunan: Qubadakı ailə dramının DETALLARI - Ər keçmiş arvadını və özünü bu səbəbdən öldürüb

70414

Xəbər verdiyimiz kimi, Qubanın Paşaoba kəndində İlham Xudamov əvvəlcə həyat yoldaşı Sara Əsədovanı, sonra isə özünü öldürüb. 

Bizim.Media ailə dramı ilə bağlı yeni informasiya əldə edib. 

Vəlvələ İnzibati Ərazi Dairəsinin Bərqov kəndində qeydə alınan qətl hadisəsi əmlak mübahisəsi üstündə baş verib.
 

MÖVZU İLƏ BAĞLI:

Qubada ər əvvəl keçmiş arvadını, sonra isə özünü öldürdü


Kənd sakini, 1966-cı il təvəllüdlü İlham Əziz oğlu Xudamov boşandığı keçmiş arvadı, 1973-cü il təvəllüdlü Sara Şair qızı Əsədovanı əmlak bölgüsündə yaranan münaqişəyə görə öldürüb.

İlham Xudamov arvadının həyatına son qoyduqdan sonra damarlarını kəsərək özü də intihar edib. Boşanmış ailə bir evdə yaşayıb.

Quba rayon prokurorluğunda CM-nin 120.1 maddəsilə cinayət işi açılıb. Qeyd edək ki, sabiq cütlüyün 2 qız və 1 oğul övladı qalıb. 

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO