“Türkiyənin gücü bizim gücümüzdür və birlikdə daha güclüyük” – İlham Əliyev

“Türkiyənin gücü bizim gücümüzdür və birlikdə daha güclüyük” – İlham Əliyev

Hazırda oxunan: “Türkiyənin gücü bizim gücümüzdür və birlikdə daha güclüyük” – İlham Əliyev

7030

“İki gün əvvəl əziz qardaşım cənab Prezident Rəcəb Tayyib Ərdoğanla danışmışıq və sizin səfəriniz haqqında da söhbət etdik. Fürsətdən istifadə edərək, bir daha qardaş Türkiyə dövlətinə, qardaş türk xalqına, şəxsən cənab Prezident Rəcəb Tayyib Ərdoğana bizə göstərilmiş böyük dəstəyə görə təşəkkürümü bildirirəm”.

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 31-də Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.

 

MÖVZU İLƏ BAĞLI:

“Hər kəs sizin bu qətiyyətinizdən qürur duydu” – Hulusi Akar



“Müharibə zamanı bu böyük siyasi və mənəvi dəstək bizə əlavə güc verdi, bütün dünya bir daha gördü ki, Türkiyə-Azərbaycan birliyi, qardaşlığı sarsılmazdır, əbədidir və bütün günlərdə - xoş günlərdə, ağır günlərdə biz bir-birimizin yanındayıq.

Eyni zamanda, dünyanın digər bölgələrində Türkiyənin gücünün artması, xüsusilə 2020-ci ildə Türkiyənin bir çox məsələlərdə söz sahibinə çevrilməsi bizi haqlı olaraq sevindirir.

Dəfələrlə demişəm, Türkiyənin gücü bizim gücümüzdür və birlikdə biz daha güclüyük. Əminəm ki, gələn il də nəzərdə tutulmuş bütün planlar icra ediləcək” deyə İlham Əliyev qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO