Klubda yaralanan Ayseldən ürəkağrıdan SÖZLƏR: “Gözümü yumanda partlayırıq” 

Klubda yaralanan Ayseldən ürəkağrıdan SÖZLƏR: “Gözümü yumanda partlayırıq” 

Hazırda oxunan: Klubda yaralanan Ayseldən ürəkağrıdan SÖZLƏR: “Gözümü yumanda partlayırıq” 

70188

“Saçlarım, əllərim, üzüm, ayaqlarım hamısı yanıb. Ən pisi ayaqlarımdır. Onlar dördüncə dərəcədə yanıb. Böyrəklərim və ağciyərim də zədələnib. Əlacsızlıqdan saçlarıma qaynaq edəcəyəm. Saçlarıma baxım edib, kəsdirdim. Üzüm də qabıq verib”.  

Bizim.Media xəbər verir ki, bu sözləri "Location" klubunda baş verən partlayışda yaralanan bloger Aysel Şükürova sosial media hesabında yazıb.

Sosial şəbəkə əhli tərəfindən qınaq obyektinə çevrilən bloger, haqqında səsləndirilən ittihamlara sərt şəkildə reaksiya verib.
 

MÖVZU İLƏ BAĞLI:

Gecə klubunda xəsarət alan Ayselin xəstəxanadan yeni VİDEOSU


Dəhşətli günü göz önünə gətirən Aysel, yaşadıqlarını düşməninə belə arzu etmədiyini yazıb: 

“Yaşadıqlarım adi deyil. 14 gündür ki, hər şeydən uzaqda müalicə alıram, bədənim yanıb. Qardaş dediyim insanın ad günündə idik. Başımıza bu hadisə gəldi. Hər şeyi unutmaq üçün dərmanlar atıram. Amma unuda bilmirəm, gözümü yumanda partlayırıq. Həmı üstümdən keçir, yanmağım, boğulmağım. Bu bir faciədir. Bu ağrıları heç düşmənimə də arzulamaram. Hadisədir, bu evdə də bizim başımıza gələ bilərdi. Çünki qismətimizdə vardı. Yəni, evdə də olsaydıq, deməli nəsə olacaqdı. Sadəcə ad günündə idim. Ora bar deyil. Hamının əyləndiyi normal məkandır. Heç kim, heç kimi qınamasın”.   

Hazırda müalicəsini ev şəraitində alan A.Şükürova hələ də tam sağalmadığını və ağrılarının olduğunu bildirib.  
“Psixoloji müalicə alıram. Çox pisəm. Əsas istəyirəm ki, ağrılarım keçsin. Bu da keçər”.

Xatırladaq ki, A.Şükürova partlayış zamanı klubdan xəsarət almadan çıxıb. Lakin rəfiqəsi, model Təranə Rzayevanı (Merlin) içəridən çıxartmaq üçün ikinci dəfə məkana daxil olub və bu zaman xəsarət alıb. 

Qeyd edək ki, Aysel Şükürova Bakı Lift İdarəsinin sabiq direktoru Qüdrət Şükürovun qızıdır.

Rəşad Əliyev, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO