42 yaşını qeyd edən Samirin doğum günündə yaşananlar - FOTO/VİDEO

42 yaşını qeyd edən Samirin doğum günündə yaşananlar - FOTO/VİDEO

Hazırda oxunan: 42 yaşını qeyd edən Samirin doğum günündə yaşananlar - FOTO/VİDEO

70036

Efirlərdən uzaqlaşan "Avroviziya" təmsilçimiz, müğənni Samir Cavadzadə özünə təmtəraqlı doğum günü partisi keçirib.

Bizim Media xəbər verir ki, müğənni həmkarlarını başına toplayaraq, 42 yaşını qeyd edib.

Sənətçinin ad günü məclisində efirlərə çıxmaq üçün 10.000 manat qonorar tələb edən müğənni Natavan Həbibi də iştirak edib.

Gecədə S.Cavadzadəni sənət dostları hədiyyə yağışına tutublar.

Qeyd edək ki, S.Cavadzadə pandemiya zamanı Rusiyaya köçüb. O, uzun müddət Moskva şəhərində qalıb, müxtəlif məkanlarda çıxış edib.

Rəşad Əliyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO