Lənkəran komandasının qazandığı KUBOK şəhərə gətirildi - FOTO

Lənkəran komandasının qazandığı KUBOK şəhərə gətirildi - FOTO

Hazırda oxunan: Lənkəran komandasının qazandığı KUBOK şəhərə gətirildi - FOTO

69999

Lənkəranın ilk kulinariya komandasının beynəlxalq çempionatda qazandığı kubok şəhərə gətirilib. 

Bizim.Media-nın cənub bürosunun verdiyi məlumata  görə, Lənkəran Mədəniyyət Mərkəzində bu məqsədlə təqdimat mərasimi keçirilib. 

Lənkəran şəhər icra hakimiyyəti başçısının müavini Mikayıl Cəfərzadə qonaqları salamlayıb. 

O, Azərbaycan Milli Kulinariya Assosiasiyası tərəfindən yaradılan Lənkəran komandasının və Qarabağ nümayəndəsinin iştirakçı 17 ölkə arasında yüksək nəticə əldə etməsinə görə bütün komandanı təbrik edib. 

Çempionatın 1-ci gününün UNESCO-nun elan etdiyi Dünya Qastranomiya Şəhəri Lənkərana həsr olunmasından məmnunluğunu ifadə edib.  

Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov  Livanda keçirilən Beynəlxalq Kulinariya Çempionatdan danışıb.

O qeyd edib ki, komandamızın hər bir üzvü şərtlərə görə ət, balıq, toyuq, xəmir siniflərində iştirak edib. Xörəklərin təqdimatı modern stilində olsa da, komanda Lənkəran xörəklərini, Tünzalə Quliyeva isə Qarabağ mətbəxini təqdim edib.  

Yarışma əsnasında Lənkəran nemətlərindən ibarət  boxçalar paylanıb. Lənkəranın təqdimatı çox böyük maraq doğurub.  

Qeyd edək ki, yarışmada Azərbaycanın Qarabağ təmsilcisi, əslən Zəngilandan olan, gənclər mükafatı lauratı, kulinar Tünzalə Quliyeva qızıl medalla mükafatlandırılıb. 

Komanda yarışında isə 1-ci yerə Azərbaycanın Dünya Qastromoniya şəhəri Lənkəranın komandası layiq görülüb. Digər yerləri Türkiyə, Özbəkistan və Pakistan komandaları tutub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO