Karantin dövründə qurulan postlar sökülür? - Rəsmi AÇIQLAMA  

Karantin dövründə qurulan postlar sökülür? - Rəsmi AÇIQLAMA  

Hazırda oxunan: Karantin dövründə qurulan postlar sökülür? - Rəsmi AÇIQLAMA  

69955

Sərt karantin dövründə Bakıdan bölgələrə gedən və əks istiqamətdəki yollarda quraşdırılmış postların sökülməsi ilə bağlı görüntülər yayılıb.   

Bizim.Media xəbər verir ki, görüntülərin bu gün Şamaxı istiqamətində qurulmuş dəmir konstruksiyaların sökülməsi anına aiddir.  

Faktın doğruluğunu dəqiqləşdirmək üçün DİN-in mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyevlə əlaqə saxladıq. Qurum rəsmisi faktı təsdiqləyib:  

“Doğrudur, həmin postlar müvəqqəti xarakter daşıyırdı və hər an sökülə bilər”.  

Qeyd edək, 2020 və 2021-ci illərdə koronavirusa yoluxanların sayının kəskin artması səbəbi ilə sərt karantin rejimi tətbiq edilib. Məhdudiyətlər zamanı həmin postlardan yalnız “icaze.e-gov.az” portalında icazəsi və müvafiq xidməti vəsiqəsi olan şəxslər keçə bilirdi.  

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO