Samir Şərifovun birinci müavini vəfat etdi - FOTO

Samir Şərifovun birinci müavini vəfat etdi - FOTO

Hazırda oxunan: Samir Şərifovun birinci müavini vəfat etdi - FOTO

69746

Maliyyə nazirinin birinci müavini İlqar Fətizadə bu gecə vəfat edib.  

Bizim.Media xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.

O, uzun sürən xəstəlikdən sonra 66 yaşında dünyasını dəyişib.

Xatırladaq ki, İ.Fətizadə 1956-cı ildə anadan olub, 1978-ci ildə o vaxtkı Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutununu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) malliyyə-statistika ixtisası üzrə bitirib.
O, əmək fəaliyyətinə 1980-ci ildə Maliyyə Nazirliyində başlayıb, 12 il ərzində qurumda baş iqtisadçı, şöbə rəisi, Dövlət Orqanlarının Maliyyələşdirilməsi İdarəsinin rəisi, maliyyə nazirinin müavini vəzifələrində çalışıb, 1992-1999-cu illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sədrinin I müavini olub, 1999-cu ildən isə maliyyə nazirinin I müavini vəzifəsinə təyin edilib.

Ailəli idi. Bir övladı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO