Bakıda sərnişin avtobusu arakəsmə dəmirə dəydi – 2 nəfər xəstəxanaya aparıldı

Bakıda sərnişin avtobusu arakəsmə dəmirə dəydi – 2 nəfər xəstəxanaya aparıldı

Hazırda oxunan: Bakıda sərnişin avtobusu arakəsmə dəmirə dəydi – 2 nəfər xəstəxanaya aparıldı

6973

Abşeron rayonunda sərnişin avtobusu qəza törədib, iki nəfər xəsarət alıb.

Bizim.Media xəbər verir ki, hadisə Bakı-Sumqayıt şossesinin  Xırdalan şəhəri ərazisinə  düşən hissəsində qeydə alınıb.

Belə ki, 135 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu idarəetmədən çıxaraq yol kənarındakı arakəsmə dəmirə çırpılıb.

Qəza zamanı avtobusda olan sərnişinlər - 1958-ci il təvəllüdlü Pənahova Nərminə Soltan qızı və 1956-ci il təvəllüdlü Zalıyev Əlifağa Mirabbas oğlu müxtəlif dərəcələi bədən xəsarətləri alıb. Yaralılar 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. (Apa)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO