Kriştianu Ronaldo: “Dünya çempionluğu xəyaldır”

Kriştianu Ronaldo: “Dünya çempionluğu xəyaldır”

Hazırda oxunan: Kriştianu Ronaldo: “Dünya çempionluğu xəyaldır”

6962

İtaliyanın “Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldo hələ uzun müddət karyerasını davam etdirmək niyyətindədir.

Bizim.Media xəbər verir ki, bunu portuqaliyalı superulduz özü deyib.

35 yaşlı forvard özünü gümrah hiss etdiyini söyləyib: “Hələ də özümü yaxşı hiss edirəm. Ümid edirəm daha uzun illər oynaya bilərəm. Amma həyatın necə olacağını bilmirsən. Motivasiya varsa, yaşın əhəmiyyəti yoxdur. Gənclərlə söhbət edərkən həmişə məsləhət verirəm ki, andan ləzzət alın, çünki sabah nə olacağını bilmirik. Hətta ailənizdə də hər şey ola bilər. Gələcəyi çox parlaq görürəm. Formasını geyindiyim hər klubla kubok qazandım. Ancaq dünya çempionluğu xəyaldır”.

Qeyd edək ki, Kriştianu Ronaldonun “Yuventus”la müqavilə müddəti 2022-ci ilin yayına qədərdir. (apasport)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO