“Moskva” kreyseri Qara dənizdə batdı – RƏSMİ KİYEV

“Moskva” kreyseri Qara dənizdə batdı – RƏSMİ KİYEV

Hazırda oxunan: “Moskva” kreyseri Qara dənizdə batdı – RƏSMİ KİYEV

69581

Ukraynanın Neptun raketləri ilə vurulan Rusiya Federasiyasının Qara Dəniz Donanmasının flaqmanı, “Moskva” raket kreyseri Qara dənizdə batıb.

Bizim.Media “segodnya.ua” saytına istinadən xəbər verir ki, bu fikirləri Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç səsləndirib.

Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Maksim Marçenko Ukrayna Silahlı Qüvvələrinin “Moskva” kreyserinə uğurlu hücumunu təsdiqləyib.

Rusiya gəmisini iki Neptun qanadlı raketinin vurduğu məlum olub. Nəticədə gəmidə yanğın başlayıb. Ekipajın təxmini sayı 510 olub. Rusiyanın məlumatına görə, bütün ekipaj təxliyə edilib.
Odessa Vilayət Hərbi Administrasiyasının mətbuat katibi Sergey Bratçukun sözlərinə görə, ruslar kreyserə dəymiş ziyanın həcmini gizlədirlər. O, kreyserin ən azı bir il işlək vəziyyətdə olmayacağını deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO