UEFA Çempionlar Liqası: Bütün yarımfinalçılar müəyyənləşdi - VİDEO

UEFA Çempionlar Liqası: Bütün yarımfinalçılar müəyyənləşdi - VİDEO

Hazırda oxunan: UEFA Çempionlar Liqası: Bütün yarımfinalçılar müəyyənləşdi - VİDEO

69543

Aprelin 13-də futbol üzrə UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinə yekun vurulub.

Bizim.Media xəbər verir ki, mərhələnin son iki görüşü İspaniya və İngiltərədə oynanılıb.

“Liverpul” ilk matçda Portuqaliyada 3:1 hesabı ilə qalib gəldiyi “Benfika”nı qəbul edib.

İngiltərənin "Liverpul"u cavab oyununda Portuqaliyanın "Benfika" klubunu qəbul edib. İlk matçda 3:1 hesablı qələbə qazanan mersisaydlılar ikinci qarşılaşmada heç-heçəyə razılaşıb - 3:3. Görüşdə hesabı meydan sahiblərinin heyətində 21-ci dəqiqədə İbrahima Konate açıb. Matçın 32-ci dəqiqəsində qonaqlar Qonsalu Ramuşun qolu ilə tarazlığı bərpa ediblər. Qarşılaşmanın 55-ci dəqiqədə fərqlənən Roberto Firmino "Liverpul"u yenidən hesabda önə keçirib. Braziliyalı hücumçu 65-ci dəqiqədə özünün 2-ci, komandasının 3-cü qolunu vurub. Matçın 78-ci dəqiqəsində "Benfika"nın ukraynalı forvardı Roman Yaremçuk hesab arasında fərqi azaldıb. Oyunun 82-ci dəqiqəsində Darvin Nunyes hesabı bərabərləşdirsə də, Lissabon təmsilçisinin bundan artığına gücü çatmayıb. Beləliklə, Yurgen Kloppun başçılıq etdiyi kollektiv iki matçın nəticəsinə əsasən yarımfinala adlayıb və İspaniyanın "Vilyarreal" klubunun rəqibi olub.

Qarşılaşma öncəsi meydan sahiblərinin heyətində hər hansı itki olmayıb. Qonaqlarda isə Rafa Silva zədə səbəbindən oynamayıb.

"Mançester Siti” isə İspaniyanın “Atletiko Madrid” komandasının qonağı olub. “Şəhərlilər” evdəki ilk görüşdə minimal hesablı qələbə qazanıb. Cavab görüşü gərgin keçsədə hesab açılmayıb. Matçın 90-cı dəqiqədə baş hakim madridlilərin futbolçusu Felipeyə birbaa qırmızı vərəqə göstərərək meydandan kənarlaşdırıb.

Bu nəticəyə əsasən Mançester təmsilçisi yarımfinala vəsiqə qazanıb.

İngiltərənin "Mançester Siti" klubu UEFA Çempionlar Liqasında (ÇL) yubiley - 100-cü matçına çıxıb.

Mançester təmsilçisi indiyədək oynadığı 99 qarşılaşmada 55 qələbə qazanıb. İngiltərənin heç bir klubu bu turnirdə 100 oyunda belə göstəriciyə nail ola bilməyib.

"Mançester Siti" yalnız İspaniya "Real Madrid"indən geridə qalır. "Kral klubu" ÇL-dəki ilk 100 matçında 57 dəfə qalib gəlib.

Madrid klubunda Xose Mariya Ximenes və Ektor Erreranın meydana çıxmayıb. Mançester təmsilçisində isə Qabriel Jezus cəzalı olduğu üçün oyunu buraxıb.

Beləliklə, qitənin ən nüfuzlu klub turnirin yarımfinalında "Real Madrid" - "Mançester Siti" və "Vilyareal" - "Liverpul" klubları üz-üzə gələcək.



Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO