Azərbaycanda BOTOKS qadağan olunur? – Prosedura qarşı çıxan cərrah sirləri AÇDI

Azərbaycanda BOTOKS qadağan olunur? – Prosedura qarşı çıxan cərrah sirləri AÇDI

Hazırda oxunan: Azərbaycanda BOTOKS qadağan olunur? – Prosedura qarşı çıxan cərrah sirləri AÇDI

69500

Türkmənistanda botoks qadağan olunub. Belə ki, botoks tətbiqi, üzdəki qırışların hamarlanması, kirpiklərin uzadılması, dodaqların böyüdülməsi və saxta dırnaqların istifadəsi kimi xidmətlərin göstərilməsinə qadağa qoyulub. Ölkə polisi gözəllik salonlarına gedərək, qadınlara botoks və dodaq döyməsi xidmətlərinin qadağan edildiyini bildirirlər. 

Qadağaları pozan  gözəllik salon sahiblərini və müştəriləri cərimələrlə yanaşı 15 sutka həbs də gözləyir.

Maraqlıdır, dünyanı cənginə aldığı kimi ölkımizdə də geniş yayılan botoks tətbiqinə Azərbaycanda son verilə bilərmi?

Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri, Beynəlxalq Cərrahiyyə Assosiasiyasının idarə heyətinin üzvü, plastik və rekonstruktiv cərrah Vaqif Qələndər Bizim.Media-ya açıqlamasında Azərbaycanda belə bir qadağanın tətbiqinin mümkünsüz göründüyünü bildirib:

“Mən ümumiyyətlə botulizm toksinindən istifadə etmirəm və tərəfdarı da deyiləm. Onu əlimə belə almamışam. Botoksdan çox sıx istifadə olunanda başqa fəsadlar əmələ gəlir. Xeyirləri olduğu kimi, fəsadları da var. Qırışları yaradan səbəb əzələ liflərinin gərginliyidir. Botoks isə əzələ sinir keçiciliyini zəiflədir və 6 ay blok edir. 6 aydan sonra təkrarlanır. Bu, həmişə təkrarlanacağı üçün orqanizmdə başqa fəsadlar da yarada bilər. Botulizm toksini qaraciyərə keçir və bədənin müxtəlif toxumalarına təsir edir.
 

Ona görə də bəzi yerlərdə buna qadağa qoymaq fikrinə gəliblər. Amma dünyada hələ bir kəskin tendensiya yoxdur”.


Vaqif Qələndər əlavə edib ki, dünyada botoksun istifadəsi, məhsulun istehsalı və satışının genişliyi imkan verməz ki, bu prosedurun tətbiqinə qadağa qoyulsun. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO