Şəhid ailəsinə təqaüd kartı təqdim edildi - FOTO

Şəhid ailəsinə təqaüd kartı təqdim edildi - FOTO

Hazırda oxunan: Şəhid ailəsinə təqaüd kartı təqdim edildi - FOTO

6950

DOST Agentliyinin əməkdaşları şəhid Emil Əhmədovun ailəsini ziyarət edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov şəhidin ailə üzvlərinə başsağlığı verib, Vətən uğrunda canından keçən qəhrəmanların xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayıb.

 O, şəhid ailələrinin dövlət başçısının diqqət və qayğısı ilə əhatə olunduğunu bildirib.

Şəhidin həyat yoldaşı Vüsalə Əhmədovaya şəhid ailəsi üçün Prezidentin aylıq təqaüdünün kartı təqdim edilib. Ona, həmçinin şəhidin 15 və 13 yaşlarında iki övladına ailə başçısını itirməyə görə pensiya və ya müavinət təmin edilməsinin də nəzərdə tutulduğu bildirilib.  V.Əhmədova işsiz olduğu üçün məşğulluğunun təmin edilməsinə də dəstək göstəriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO