İTV direktoru işçiləri tərəfindən sorğulandı

İTV direktoru işçiləri tərəfindən sorğulandı

Hazırda oxunan: İTV direktoru işçiləri tərəfindən sorğulandı

6945

İctimai Televiziya və Radio Yayımları Şirkətində (İTV) intellektual və əyləncəli teleoyun keçirilib.

Bizim.Media xəbər verirki, oyuna dəvət edilən İTV-nin baş direktoru Balakişi Qasımov rəhbəri olduğu media qurumunda çalışan işçilərin  suallarını cavablandırıb.

Əyləncəli və intellektual xarakter daşıyan suallar Balakişi Qasımova video formatda təqdim edilib. İlk sual İTV-nin Gənclər, Elm və Təhsil departamentinin əməkdaşı Rahib Azəridən gəlib. Balakişi Qasımov İTV binasının yerində əvvəllər yerləşən Azon zavodunu əvəz edən hazırki tikilinin nə rol oynadığı və hansı məqsədlə istifadə olunması ilə bağlı suala  aydınlıq gətirib.

Şirkətin direktoru qeyd edib ki, sözügedən tikili İTV-nin mühafizə xidmətində çalışan işçilərin gecə növbəsində dincəlməsi üçün istifadə olunur. Həmçinin “Əslində mən də bilmirəm o tikili nə üçün inşa edilib. Hesab edirəm ki, artıq suallar verilməməlidir” deyə sualı zarafatyana cavabla tamamlayıb.

Daha sonra Radio Yayımları Şirkətinin məzmun planlaşdırılması departamentinin əməkdaşı Vəzir Talıbovun sualı səsləndirilib. Pandemiya ilə əlaqədar İTV-nin yeməkxanasının nə vaxt fəaliyyətə başlayacağı soruşulub. Balakişi Qasımov isə qeyd olunan problemlə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargaha səslənib. 

Əyləncəli teleoyun digər əməkdaşların videoformat sualları ilə davam etdirilib.

Bizim.Media həmin video sujeti təqdim edir:
 



Alçina Amilqızı, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO