İran Ukraynaya təzminat ödəyəcək

İran Ukraynaya təzminat ödəyəcək

Hazırda oxunan: İran Ukraynaya təzminat ödəyəcək

6911

İran Ukraynaya məxsus təyyarə qəzasında həlak olanların ailələrinə 150 min dollar təzminat ödəyəcək.

Bizim.Media xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

Hökumətin bu gün keçirilən iclasında təyyarə qəzası qurbanlarının ailələrinə və yaxınlarına hər ölən şəxs üçün 150 min dollar və ya ona bərabər miqdarda avro ilə ödəməyə dair qərar qəbul edilib.

Qərara əsasən, nəzərdə tutulan kompensasiya tezliklə həlak olan şəxslərin ailələrinə ödəniləcək.

Xatırladaq ki, Kiyevə uçan Ukrayna Beynəlxalq Hava Yollarına məxsus “Boeing 737-800” təyyarəsi 8 yanvar tarixində səhər saatlarında Tehran hava limanından qalxdıqdan bir müddət sonra qəzaya uğrayıb.

Nəticədə 176 nəfər ölüb. Onların arasında İran, Ukrayna, Kanada, Böyük Britaniya, Almaniya, İsveç və Əfqanıstan vətəndaşları da olub. 

Bizim.Media



 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO