Tesla-nın baş direktoru və SpaceX-in icraçı direktoru İlon Mask inanır ki, insanlar öz beyinlərini robotlara yükləyərək nəhayət əbədi yaşaya biləcəklər.
Bizim.Media xəbər verir ki, bu barədə indormasiyanı CNBC telekanalı yayıb.
50 yaşlı Mask açıqlamasında "Məncə, bu mümkündür" sözlərini deyib.
MÖVZU İLƏ BAĞLI:
“Tvitter”in səhmlərini alan İlon Mask istifadəçilərinə SUAL verdi: “Redaktə düyməsi istəyirsinizmi?”
“Bəli, bizi unikal edən şeyləri yükləyə bilərik. Əgər siz artıq öz bədəninizdə deyilsinizsə, bunu hiss edəcəksiniz, amma xatirələrimizi, şəxsiyyətimizi saxlamağa gəldikdə, düşünürəm ki, biz bunu edə bilərik”, - deyə o, qeyd edib.
Maskın fikrincə, belə texnologiya kompüter yaddaşının müasir formalarının tədricən təkamülü olacaq.
“Bizim xatirələrimiz telefonlarımızda və kompüterlərimizdə foto və video şəklində saxlanılır. Kompüterlər və telefonlar ünsiyyət qabiliyyətimizi genişləndirir, bizə əvvəllər sehrli hesab edilən şeyləri etməyə imkan verir... Biz artıq kompüterlərlə insan beynini xeyli genişləndirmişik”, - deyə o vurğulayıb.
Qeyd edək ki, Maskın özü əbədi yaşamaq istəmir və bu ideyanı başqası üçün də dəstəkləmir:
“Biz insanları çox uzun yaşamağa məcbur etməli deyilik. Bu, cəmiyyətin boğulması olardı, çünki həqiqət budur ki, insanların çoxu fikrini dəyişmək istəmir, ölmək istəyirlər. Ölməsək, biz köhnə ideyalarla ilişib qalacağıq və cəmiyyət inkişaf etməyəcək”.
Bizim.Media