İspaniya La Liqası:

İspaniya La Liqası: "Barselona" qələbəni son dəqiqələrdə qazandı - FOTO

Hazırda oxunan: İspaniya La Liqası: "Barselona" qələbəni son dəqiqələrdə qazandı - FOTO

68964

Aprelin 10-da futbol üzrə İspaniya La Liqasının 31-ci turunun daha bir oyunu keçirilib.

Bizim.Media xəbər verir ki, ikinci pillədə qərarlaşan "Barselona" səfərdə autsayder "Levante" komandasının qonağı olub.

Görüş qonaqların 2:3 hesablı qələbəsi ilə başa çatıb.

Kataloniya təmsilçisinin heyətində Pyer Emerik Obemeyanq (59), Pedri (63), Lyuk de Yonq (90+2), meydan sahiblərinin heyətində isə Jose Luis Morales (52) və Qonzalo Melero (83) fərqləniblər.

Qeyd edək ki, "Levante" 56-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib.

Bu qələbədən sonra xallarını 60-a çatdıran "Barselona" 2-ci pilləyə yüksəlib. "Levante" isə 22 xalla La Liqada qalmaq (19-cu yer) uğrunda mübarizə aparır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO