Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb.
Bizim.Media-nın xəbərinə görə, parlamentin növbəti toplantısı aprelin 12-də keçiriləcək.
İclasın gündəliyinə 4 məsələnin müzakirəsi daxil edilib:
- “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanun layihəsi.
- “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi (ikinci oxunuş).
- Cinayət Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş).- Cinayət Məcəlləsində və “Valyuta tənzimi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:47 / 09.04.2022
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlandı
Hazırda oxunan: Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlandı
Hazırda oxunan: Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlandı
68801
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.