"Rusiya hərbi bölmələrini Belarus ərazisində yerləşdirir" - Ukrayna MN 

Hazırda oxunan: "Rusiya hərbi bölmələrini Belarus ərazisində yerləşdirir" - Ukrayna MN 

68760

“Rus hərbçiləri Donetsk və Luqansk vilayətlərinin ərazilərinə tam nəzarəti ələ keçirmək üçün ölkəmizin şərqində hücuma hazırlaşırlar”.  

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi “Facebook”da məlumat paylaşıb.

“Volın istiqamətində düşmənin mövqeyində və hərəkətlərində heç bir dəyişiklik olmayıb. Ukraynadan çıxarılan Rusiyanın bəzi hərbi bölmələri Belarus ərazisində yerləşirlər.
 

MÖVZU İLƏ BAĞLI:

“Rusiyanın 19 minə yaxın hərbçisi öldürülüb” – Ukrayna MN 


Mövcud məlumata görə, Rusiya Silahlı Qüvvələri yenidən qruplaşmaq üçün Şərq Hərbi Dairəsinin 35-ci Ümumqoşun Ordusunun və Rusiya Silahlı Qüvvələrinin Hava Desant Qüvvələrinin 76-cı Hücum Diviziyasının bölmələrini Belqorod və Voronej vilayətlərində hərəkətə gətirir. Severski istiqamətində qarşı tərəfin qüvvələri yenidən qruplaşdırılır.

Bunun üçün Mərkəzi Hərbi Dairəsinin Bryansk və Kursk vilayətlərindəki bölmələrinin döyüş qabiliyyəti bərpa edilir, həmçinin 41-ci Ümumi Ordu və 90-cı Panzer Diviziyasının ayrı-ayrı hissələrinin Donetskə köçürülməsi başa çatdırılır.

Slobojanski istiqamətində Xarkovun intensiv atəşə tutulması və şəhərin qismən blokadası davam etdirilir. Belqorod vilayətində ruslar digər əməliyyat bölgələrindən köçürülmüş hərbçilər üçün səhra düşərgələri qurublar” –deyə məlumatda qeyd edilib. 
Bildirilib ki, Donetsk və Luqansk vilayətlərində Rusiya Silahlı Qüvvələrinin 9 tankı, 7 zirehli maşını məhv edilib. Həmçinin ötən sutka ərzində rusların 2 helikopteri, 1 PUA-sı, 1 qanadlı raketi vurulub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO