Parklardakı eskalatorlar niyə işləmir, PROBLEM KİMDƏDİR? - VİDEO

Parklardakı eskalatorlar niyə işləmir, PROBLEM KİMDƏDİR? - VİDEO

Hazırda oxunan: Parklardakı eskalatorlar niyə işləmir, PROBLEM KİMDƏDİR? - VİDEO

6868

Bakının mərkəzi küçələrində yeraltı keçidlərdə olan eskalatorların tez-tez xarab olmasının səbəbi onların ucuz olmasıdır. Sorub-sorğuladığımız adamların hamısının yekdil rəyi belədir. 

Digər bir səbəbi isə peşəkar səviyyədə servis olunmamasıdır. Bir çox hissələrdə isə parkların drenaj sisteminin inşaat zamanı düzgün qurulmaması yağış sularının eskalatorlara axmasına səbəb olur və mexanizm tez bir zamanda sıradan çıxır.  

Bunu biz demirik, yeraltı keçiddə hazırda yarasız vəziyyətdə olan eskalatorları təmir edən usta Azər deyir. 

- Bilirsiniz, biz bunun detallarını xaricdən gətiririk. Onun da Bakıya gəlib çıxması vaxt alır. İnanın ki, xarab olduqca təmir olunur. Bakı şəhəri üzrə 180-dən çox eskalator var. Bizə aid olanı nəzarətdə saxlayırıq ki, problem tez həll olunsun. Eskalatorlar Çindən alınır. Detalları da oradan gətizdiririk. Gəlib çıxana kimi iş-işdən keçir. Xarab olan detal sazlanana kimi vurub digər hissələri də sıradan çıxardır.

Eskalatorlar keyfiyyətsizdir, ehtiyyat hissələri də həmçinin. 
Heydər Əliyev adına Sarayın və parkın olduğu ərazidəki yeraltı keçidlərdən istifadə etmək istəsəm də istəyim baş tutmur, gəlişimə reaksiyası sıfırdır, STOP-a düşüb. Məcbur piyada düşməli oluruq. Biz indi cavanıq ayağımız yer tutur. Axı yaşlı insanlar da var...

Bizim kimi 71 yaşlı Xanım nənə də eskalatorun pilləkənlərini piyada düşməli olur. Deyir ki, yolu hər gün buradan keçir. Əlində yükü və ya bazarlığı olanda işi daha da çətinləşir.

- "Bu keçiddəki eskalatorların düz-əməlli işlədiyi vaxt olmur. Məcburam ki, bu pilləkənləri piyada çıxıb-düşəm. Təmir də edirlər, amma 10 gün keçmir, yenə də xarab olur. Buranın “günü” belədir”.

Bakı şəhər sakini  Əli Məmmədov də bu eskalatorların niyə belə tez sıradan çıxdığının səbəbini öyrənmək istəyir:

“Ya birdəfəlik olmasın, ya da ki normal vəziyyətdə işlətsinlər”.

“Novamatic” şirkətinin direktoru Nahid Nəsirov Bakıdakı eskalatorların tez-tez xarab olmasının səbəbini yaxşı təmir edilməməsində görür. O, eskalatorları təmir edən mütəxəssis qıtlığının olduğunu da söyləyir. 

Birdə deyir ki, eskalatorlar ucuz qiymətə alınanda tez xarab olur. Keyfiyyətli eskalatorların qiyməti isə 20-25 min dollardan aşağı olmamalıdır.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı isə vurğulayır ki, eskalatorların tətbiqi qəliz bir texnologiya ilə həyata keçirilir:

- Bəzən daha keyfiyyətli ehtiyyat hissələri almaq baha başa gəlir. Buna görə də müvafiq qurumlar biraz ucuz eskalatorlar almağa üstünlük verir. Bununla da eskalatorların daimi olaraq işlək vəziyyətdə olmasını saxlamağı mümkünsüz edir. Cari təmir işləri də uzun bir vaxt aparır. Bunun üçün düşünürəm ki, Azərbaycanda zəruri texniki  detalların təmin edilməsi  üçün yerli istehsal olmalıdır. Buna böyük ehtiyac var.

Mövzu ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli isə deyir ki, eskalatorların ehtiyat hissələri əsasən Almaniya, Çin və Türkiyədən gətirilir:

 - Pandemiya dövründə ehtiyyat hissələrini gətirməkdə çətinlik yaranıb. Bakı şəhərində AAYDA-nın balansında olan yeraltı-yerüstü keçidlərdə 200-ə yaxın eskalator var. Hazırda onun 10-u işləmir. İşləməyən eskalatorlar bu ayın sonuna kimi saz vəziyyətə salınacaq. Ümumilikdə isə 2020-ci ilin sonuna kimi 200-dən çox eskalator təmir olunub.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyir ki, istismara verilmiş istənilən yolun, keçidin, eskalatorun sonradan monitorinqi aparılmalıdır. Müəyyən istismar müddəti təyin edilməlidir, cavabdeh şəxslər keyfiyyətsiz işə görə qanun qarşısında sorğuya çəkilməlidir. Yoxsa, bu məsələ heç bir zaman həllini tapmayacaq. Dövlətin əmlakına qəsd edilir, büdcəsi dağıdılır və heç kim də cavabdehlik daşımır. 

Araşdırmamız zamanı beynəlxalq təcrübəyə də nəzər saldıq. Ən inkişaf etmiş ölkələrdə də bu cür hallar istisna deyil. Amma məsələnin həlli yolu var.

Məsələn, Almaniyada, Yaponiyada istismar müddətini başa vurmamış inşaat obyektlərində yaranmış hər hansı nasazlığın aradan qaldırılması podaratçı şirkətin öz hesabına həyata keçirilir. Qurğunun, inşaatın mühəndisi məsuliyyətə cəlb edilir.  

Azərbaycanda isə dövlət büdcəsi hesabına tikilmiş, yaradılmış qurğu vaxtndan əvvəl nasazlıq yarandıqda elə təkrar dövlət büdcəsi hesabına da təmir edilir. Heç kim də məsuliyyət daşımır, əksinə, bu cür yerlər əla yeyinti yerinə çevrilir... Dövlət əmlakı dağıdılır. 

Gülşanə Mustafayeva, Bizim.Media

 




 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO