Agentlik daha 5 peşə ixtisası üzrə sertifikat verəcək

Agentlik daha 5 peşə ixtisası üzrə sertifikat verəcək

Hazırda oxunan: Agentlik daha 5 peşə ixtisası üzrə sertifikat verəcək

68582

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) “Sənətin varsa, Sənədin olacaq” layihəsi çərçivəsində bir neçə ixtisaslar üzrə formal təhsilə çıxış imkanı məhdud olan vətəndaşlar üçün sertifikat əldə etmək üçün şans yaradır.

Bizim.Media-nın məlumatına görə, həmin ixtisaslar “Tikiş avadanlıqlarının operatoru, tikişçi”, “Turizm sahəsində iaşə üzrə mütəxəssis”, “Elektrik qaz qaynaqçısı”, “Bağban-dekorator”, “Baytar texniki”dir.

Bu ixtisaslar üzrə müxtəlif kurslarda, dərnəklərdə, fərdi məşğələlərdə təlim keçmiş və ya usta yanında, özünütəhsil yolu ilə bilik və bacarıqlara yiyələnmiş vətəndaşlar həmin səriştələrin qiymətləndirilməsi və tanınması məqsədilə keçirilən imtahanlarda iştirak edə bilərlər.

İmtahanlardan uğurla keçən ərizəçilərə peşə ixtisasının müvafiq modulu üzrə bilik və bacarıqları təsdiq edən sənəd - sertifikat təqdim ediləcək.

Ərizəçilər müraciət qaydaları, tələb olunan sənədlər və imtahan barədə ətraflı məlumat əldə etmək üçün keçiddən istifadə edə və imtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO