Ukraynada müharibə başlayandan bəri prezident Volodimir Zelenski xarici ölkədə sığınacaq almaqdan imtina edib və Kiyevdə işləməyə davam edir. Hazırda dövlət başçısının komandasında diplomatlar, hərbçilər və iqtisadçılar yer alır.
Bizim.Media xəbər verir ki, bu barədə “Ukrayinska Pravda” nəşri yazıb.
Rusiya-Ukrayna müharibəsi şəraitində Zelenski və komandası diqqəti diplomatik, müdafiə və iqtisadi sahələrə yönəldib.
Xarici siyasətə bu şəxslər cavabdehdir: Ukrayna Prezidentinin Aparatının rəhbəri Andriy Yermak Ağ Evlə işləyir, Xarici işlər naziri Dmitri Kuleba dünya ölkələrinin hökumətləri ilə danışıqlar aparır, Prezident Aparatı rəhbərinin müavini Andrey Sibiqa mühüm danışıqlardan əvvəl prezident üçün “diplomatik mətn” hazırlayır.
MÖVZU İLƏ BAĞLI:
Zelenski BMT Təhlükəsizlik Şurasında çıxış etdi: "İŞİD-in əməllərdən fərqlənmir..."
Bundan əlavə, diplomatik işlərin çoxunu Zelenski özü görür. O, beynəlxalq liderlərlə danışıqlar aparır, Kiyevdə Ukraynanın tərəfdaşları ilə görüşlər keçirir, jurnalistlərlə əlaqə saxlayır, Rusiya KİV-ləri də daxil olmaqla, müsahibələr verir.
Eyni zamanda, müdafiə sahəsinə Ukraynanın müdafiə naziri Aleksiy Reznikov, Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksiy Danilov, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı, eləcə də bir sıra hərbi komandirlər məsuliyyət daşıyırlar.
İqtisadiyyatın koordinasiyası və sabitləşdirilməsinə cavabdeh olan baş nazir Denis Şmıqal Rusiya Federasiyasının Ukraynaya qarşı genişmiqyaslı müharibəsi şəraitində iqtisadiyyata cavabdehdir.
Öz növbəsində, Ukraynanın İqtisadiyyat naziri Yuliya Sviridenko və Prezident Aparatı rəhbərinin müavini Rostislav Şurma layihələr hazırlayır, vəsait tapmağa imkan verəcək yeni imkanlar axtarır.
Bundan əlavə, Ukrayna prezidentinin aparatının rəhbərinin müavini Kiril Timoşenko regionlarla işləyir və vəziyyətə nəzarət edir.
Ukraynanın infrastruktur naziri Oleksandr Kubrakov əsas məsələləri, yəni yardımın çatdırılması və infrastrukturun tez bir zamanda bərpasını öz üzərinə götürüb.
Ali Radanın spikeri Ruslan Stefançuk mətbuatda nadir hallarda görünür, lakin o, işini davam etdirir.
Hələlik Parlamentin və Prezident Aparatının işini koordinasiya edir, president aparatının ehtiyaclarını həll edir və Ali Radanın nələr üzərində işlədiyi barədə məlumat verir ki, qərarlar uzun-uzadı təftişlər və müzakirələr aparılmadan tez qəbul edilsin.
Bizim.Media