Ölkəyə qanunsuz dərman gətirilməsinin qarşısı alındı - FOTO

Ölkəyə qanunsuz dərman gətirilməsinin qarşısı alındı - FOTO

Hazırda oxunan: Ölkəyə qanunsuz dərman gətirilməsinin qarşısı alındı - FOTO

68491

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında qanunsuz yolla gətirilən xeyli miqdarda dərman vasitələrinin realizə edilməsinin qarşısı alınıb.

Bizim.Media-nın komitəyə istinadən verdiyi məlumata görə, keçirilmiş əməliyyat tədbiri nəticəsində Bakı-Qazax istiqamətində hərəkətdə olan “Hyundai Elantra” markalı avtomobil Yevlax şəhəri ərazisində saxlanılıb və Yevlax gömrük postuna gətirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin arxa oturacaqlarının üstündə iki ədəd karton qutuda olan müxtəlif markalı dərman vasitələri - 43 526 həb, 80 ədəd iynə, 106 flakon, 177 ədəd maye, 588 ampul, 148 ədəd mərhəm, 464 ədəd krem, 135 ədəd gel və 120 ədəd iynə başlığı aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO