İlk baxışdan AŞİQ olan BÜRCLƏR – Kimlər münasibətdə sadiq deyil? 

İlk baxışdan AŞİQ olan BÜRCLƏR – Kimlər münasibətdə sadiq deyil? 

Hazırda oxunan: İlk baxışdan AŞİQ olan BÜRCLƏR – Kimlər münasibətdə sadiq deyil? 

68360

İnsanların sevgiyə baxışı heç də eyni olmur. Bəzi bürclər sevgiyə inanmasalar da, bəziləri ilk baxışdan aşiq olmaq üçün dünyaya gəliblər.

İkinci kateqoriyaya aid olan bürclərin siyahısı isə belədir:

1. Balıq

Ən duyğusal bürc olan balıqlar bütün hisslərdə olduğu kimi, sevgini də dərindən yaşayırlar. Onlar əsl sevgini hiss etdikləri insanlarla birlikdə olmağı seçir və bütün münasibətlərində buna önəm verirlər. Sevgiyə xüsusi diqqət ayıran balıqlar ilk görüşdən sevgiyə dərindən inanırlar.

2. Xərçəng

Hisslərində balıqlardan geri qalmayan xərçənglər də ilk baxışdan sevgiyə inanırlar. Ən güclü tərəfləri olan sezgilərinə güvənən və onlarla hərəkət edən xərçənglər eşq həyatını da eyni formada davam etdirirlər. Aşiq olduğu insana bütün qəlbi ilə inanan və ona dərindən bağlanan xərçənglər münasibətlərdə sadiqlikləri ilə də fərqlənirlər.

3. Tərəzi

Əsl sevgiyə inanan və onu tapmaq üçün dünyaya gələn tərəzilər münasibətdə güclü hisslər və sevgi axtarışındadırlar. İlk görüşdə aşiq olmaları ilə yanaşı, tərəzilər aşiq olduqları insanları özlərinə bağlamaqda da peşəkardırlar. Onlar sevgiyə xüsusi diqqət yetirirlər. Hər zaman aşiq olmaq üçün çalışan tərəzilər də sadiqlikləri ilə fərqlənirlər.

4. Əkizlər

Anı yaşamağı sevən əkizlərin sevgiləri də uzunmüddətli olmur. Onlar hər şeyi tez əldə etməyə çalışırlar. İlk baxışdan sevgiyə inanır, aşiq olduğu şəxsi əldə etmək üçün dəridən-qabıqdan çıxırlar. Lakin onu əldə etdikdən sonra münasibəti əvvəlki qaydada davam etdirməkdə çətinlik çəkirlər. Sadiqlik məsələsində uğursuz olan əkizlər münasibətdə olsalar belə, başqa birinə ilk baxışda aşiq olmağa potensial namizədlərdir.

5. Oxatan

Oxatanlar partnyorlarının hisslərinə və düşüncələrinə böyük önəm verirlər. İlk baxışdan aşiq olmağı bacaran bu bürcün nümayəndələri münasibəti davam etdirmək məsələsində təzadlıdırlar. Əgər sevdikləri insanlarla birlikdə əylənməyi və vaxt keçirməyi bacarırlarsa, münasibəti uğurla davam etdirəcəklər. Əks halda, tez soyuyaraq başqa macəra axtarışına çıxmaq oxatanlar üçün heç də çətin deyil.

6. Dolça

Azad ruha sahib olan dolçalar eşq həyatında partnyorlarına əsl hisslərini göstərmirlər. Bir insana çətinliklə bağlansalar belə, əksər hallarda bu ilk baxışdan olur. Lakin münasibəti davam etdirmək məsələsində uğurlu deyillər. Hər zaman özlərinə vaxt ayırmağı sevir, lazımsız səmimiliyi qəbul etmirlər. Ona görə də, sevgiləri nə qədər böyük olsa da, ciddi münasibət dolçaları qorxudur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO