Bakı Nəqliyyat Agentliyi Bizim.Media-ya verdiyi sözü tutdu - FOTO

Bakı Nəqliyyat Agentliyi Bizim.Media-ya verdiyi sözü tutdu - FOTO

Hazırda oxunan: Bakı Nəqliyyat Agentliyi Bizim.Media-ya verdiyi sözü tutdu - FOTO

68304

Bakı Nəqliyyat Agentliyi Bizim.Media-nın müraciətinə əsasən Kənd Əhmədliyə düşən yolda piyada keçid zolağını bərpa edib. 

Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən redaksiyamıza məlumat verilib.

Problemin qismən həll olunduğu və işlərin davam etdirildiyi bildirilib:

“Ərazidəki piyada keçid zolağı bərpa edilib. İşıqforun quraşdırılması isə biraz vaxt alacaq”.

Xatırladaq ki, yerli sakinlər tərəfindən edilən müraciətə əsasən qeyd olunurdu ki, Əhmədli metrosu yaxınlığındakı qəbristanlığın yanı ilə Kənd Əhmədliyə düşən yolda sakinlər üçün həyati təhlükə vardı. Sözügedən ərazidə piyada keçidinin təmirinə və işıqforun quraşdırılmasına təcili ehtiyac yaranmışdı.

Bununla bağlı redaksiyamızın BNA-ya müraciəti zamanı problemin qısa vaxt ərzində həll ediləcəyi söz verilmişdi.

Bu gün isə Agentlik tərəfindən ərazidə aparılan bərpa işlərinin fotoları redaksiyamıza təqdim edilib.

Leyla Şah, Bizim.Media









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO