AMEA-nın Ümumi yığıncağı bu tarixdə olacaq – Ramiz Mehdiyevin yerinə kim PREZİDENT SEÇİLƏCƏK?

AMEA-nın Ümumi yığıncağı bu tarixdə olacaq – Ramiz Mehdiyevin yerinə kim PREZİDENT SEÇİLƏCƏK?

Hazırda oxunan: AMEA-nın Ümumi yığıncağı bu tarixdə olacaq – Ramiz Mehdiyevin yerinə kim PREZİDENT SEÇİLƏCƏK?

68293

Aprelin 22-də keçirilməsi nəzərdə tutulan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağının vaxtı dəyişdirilib.

Bu barədə Bizim.Media-ya AMEA-dan məlumat verilib.

Qeyd olunub ki, yığıncaq aprelin 27-də baş tutacaq.

Xatırladaq ki, fevralın 14-də AMEA Rəyasət Heyətinin keçirilən akademik Ramiz Mehdiyev  yaşı ilə əlaqədar AMEA-dakı postunu tərk etməyə qərar verdiyini və istefa ərizəsi ilə dövlət başçısına müraciət edəcəyini bildirib. O, iki il dörd ay ərzində birlikdə çalışdığı Rəyasət Heyəti üzvlərinə təşəkkür edib.

Fevralın 19-da isə keçirilən iclasda Ramiz Mehdiyevin vəzifəsindən azad edilməsi ilə bağlı açıq səsvermə keçirilib. Səsvermənin yekunu olaraq onun müraciəti qəbul olunub.

Qərar qəbul edildikdən sonra AMEA Nizamnaməsinin 9.6-cı maddəsinə uyğun olaraq Akademiya prezidentinin funksiyalarının icrası birinci vitse-prezident, akademik Arif Həşimova həvalə olunub.
AMEA-nın yeni prezidentinin isə növbəti Ümumi yığıncaqda seçiləcəyi ehtimal edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO