Hərbi qulluqçunun döyülməsi ilə bağlı Hərbi Prokurorluqdan AÇIQLAMA

Hərbi qulluqçunun döyülməsi ilə bağlı Hərbi Prokurorluqdan AÇIQLAMA

Hazırda oxunan: Hərbi qulluqçunun döyülməsi ilə bağlı Hərbi Prokurorluqdan AÇIQLAMA

68257

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsində bir hərbi qulluqçunun digərinə zor tətbiq etməsini əks etdirən videogörüntülərlə bağlı Bakı Hərbi Prokurorluğunda araşdırma aparılır. 

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Hərbi Prokurorluğun Mətbuat Xidməti yayıb.

Qeyd edilib ki, qanunvericiliyin tələblərinə müvafiq bütün zəruri tədbirlərin görülməsi, o cümlədən fakta hüquqi qiymət verilməsi təmin ediləcək.

Xatırladaq ki, Daxili Qoşunların N saylı hərbi-hissələrindən birində əsgərin döyülməsi ilə bağlı videogörüntülər yayılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov ötən gün verdiyi açıqlamada fakt təsdiqini tapdığına görə həmin hərbçinin daxili işlər orqanlarından xidmətdən xaric edildiyini diqqətə çatdırıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO