Bakıda liftin qırıldığı məşhur restoranın adı məlum oldu

Bakıda liftin qırıldığı məşhur restoranın adı məlum oldu

Hazırda oxunan: Bakıda liftin qırıldığı məşhur restoranın adı məlum oldu

68256

Ötən gün Səbail rayonu ərazisində restoranda liftin qırılması nəticəsində 2 nəfərin ağır xəsarət alması barədə xəbər vermişdik. 

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Bayıl qəsəbəsi Aydın Nəsirov küçəsində yerləşən “Mangal Steak House” restoranında baş verib. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda restoranda lift qırıldı: Yaralılar var - YENİLƏNİB


Nəticədə liftin təmiri ilə məşğul olan 1988-ci il təvəllüdlü Məmməd Abdulsalamov və 1978-ci il təvəllüdlü Nadir Qəhrəmanov ağır xəsarətlər alıblar. 

Qeyd edək ki, hər iki şəxs təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə aparılıb. Onların fəqərə, çanaq, baldır, bazu sümüklərində sınıq və çıxıqlar müəyyən edilib və ikisi də reanimasiyaya yerləşdirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO